“Borçalı İrəli İctimai Birliyi”-nin təşkilatçılığı ilə beynəlxalq tələbə elmi-praktik konfrans keçiriləcək
27 may tarixində “Borçalı İrəli İctimai Birliyi”-nin təşkilatçılığı ilə beynəlxalq tələbə elmi-praktik konfrans keçiriləcək. Bu barədə “Marneuli” radiosuna təşkilatın rəhbəri Məhəbbət İmanov məlumat verdi.

Onun sözlərinə görə, konfransın əsas mövzusu “Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrində işğaldan azad olunmuş torpaqların perspektivləri” haqda olacaq.

İmanov onu da qeyd etdi ki, konfrans onlayn formatda, ZOOM platforması vasitəsilə keçiriləcək.

Maraqlanan şəxslər CLOAKING elektron poçtu ilə əlaqə saxlaya bilərlər.

Print Email
FaceBook Twitter Google