Xəbərlər
Meriya Mollaoğludan Ermənistana keçmiş keçilərin qaytarılması üçün heyvanların sahibinə yardım edəcək
Bir həftədən artıqdır ki, Mollaoğlu sakininin 40-a yaxın keçisi qaçıb. Mollaoğlu Ermənistanla sərhəddə yerləşir, məlum olub ki, qaçmış keçilər Ermənistan ərazisinə keçiblər.

Keçilərin sahibi “Marneuli” radiosuna bildirdi ki, bir neçə gün ərzində keçilərin hara getdiyini bilmirmiş, sonra əhali keçilərin səsini Ermənistan ərazisində eşidib. Sonra başa düşüblər ki, qaçmış keçilər qonşu ölkəyə keçib.

Heyvanların sahibi keçilərin Ermənistan ərazisindən Gürcüstana qaytarılması üçün Marneuli meriyasından yardım istəyib. Marneuli merinin müavini Roin Dekanoidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, indi vəziyyəti aydınlaşdırmaq üçün sərhədə gedir. Dekanoidzenin sözlərinə görə, Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze və Kvemo Kartli dövlət müəvkkili Şota Rexviaşvili də məsələ barədə məlumatlıdır.

Yerli özünüidarə nümayəndələri sərhəd polisi ilə də əlaqə saxlayıblar. Dekanoidzenin sözlərinə görə, keçilərin Gürcüstana qaytarılması üçün Ermənistan tərəfini də məsələyə qoşacaqlar.

FaceBook Twitter Google