Ukraynada öldürülən iki gürcü əsgəri Zurab Tsiklauri və Qoça Jvaniya Gürcüstana gətirilib.
Ukraynada həlak olan iki gürcü əsgər - Zurab Tsiklauri və Qoça Jvaniya bu gün səhər Gürcüstanda torpağa tapşırılıb.

Meyitləri Tbilisi beynəlxalq hava limanında onların ailə üzvləri, qohumları və dostları qarşılayıb.

Ukraynada döyüşən gürcü əsgərləri Şərq Cəbhəsinin cəbhə xəttində həlak olublar. Onlar 2014-cü ildən Ukraynada Gürcüstan legionunun tərkibində döyüşürdülər.

Məlumat üçün bildirək ki, 2022-ci il fevralın 24-dən bu yana Rusiya-Ukrayna müharibəsində 50-dən çox gürcü döyüşçüsü həlak olub.



Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər