İmeretidə sürüşmə nəticəsində evlər torpaq altında qalıb - 3 meyit tapılıb, 6 nəfər axtarır - Daxili İşlər Nazirliyi
“İmereti bölgəsində, Bağdati bələdiyyəsinin Nerqeti kəndində güclü leysan nəticəsində torpaq sürüşməsi baş verib, nəticədə 4 yaşayış evi torpaq altında qalıb.

Hazırda bir vətəndaşı xilas etmək mümkün olub, 3 cəsəd tapılıb, 6 nəfərin axtarışı davam etdirilir”, - deyə xilasetmə xidməti bildirir.

Yerli sakinlərin dediyinə görə, axtarılanlar arasında 3 uşaq da var.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təbii fəlakət baş verən ərazilərə 200-dən çox yanğınsöndürən və xilasedici, o cümlədən müvafiq texnika, pilotsuz uçuş aparatları, kinoloqlar qrupu səfərbər olunub.

Mənbə: Publika

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər