Ude kəndində sürüşmə hadisəsi baş verib
Adigeni bələdiyyəsinin ən böyük kəndlərindən birində sürüşmə hadisəsi baş verib. Ude kəndində geoloqlar işləyir.
Bələdiyyənin meri Qoça Kimadzenin "Azadlıq" Radiosunun Gürcüstan bürosuna verdiyi məlumata görə, 20-yə yaxın ailənin yaşadığı kəndin ərazilərindən birinin yaxınlığında sürüşmə baş verib. Bələdiyyə sədrinin sözlərinə görə, bir ev yaşayış üçün yararsızdır və əlavə olaraq dörd-beş ailə çıxarıla bilər.

“Geoloqlar işləyir, ondan sonra biləcəyik ki, əhalinin köçürülməsinə nə qədər ehtiyac var – bizim onları köçürə biləcəyimiz ərazimiz hazırdır... Biz bunu son üç-dörd gündə müşahidə etmişik və vaxtında ölçü götürmüşük”,
– Qoça Kimadze bildirib.



1800-ə yaxın ailənin məskunlaşdığı kənddə 2023-cü ildə gözlənilən sürüşmə hadisələri barədə yazılan “Ətraf Mühitin Mühafizəsi Milli Agentliyi”nin məlumat bülletenində sürüşmə hadisələri inkişafı proqnozlaşdırılır.

"Kənddə inkişaf edən 2 sürüşmə sahəsi dövri aktivliklə xarakterizə olunur. Sahəsi 15,2 hektar olan birinci sahədə ötən illər ərzində 120 yaşayış evi zərər görüb, xəstəxana binası da daxil olmaqla 9 yaşayış evi tamamilə dağılıb. Hazırda dirəklərin üzərində quraşdırılan qaz kəməri təhlükə altındadır”,
- deyə sənəddə bildirilir.

Həmin bülletendə qeyd olunur ki, bələdiyyə ərazisində 16 sürüşmə sahəsi, 9 çınqıl sürüşməsi sahəsi , 1 qaya düşməsi sahəsi, 1 eroziya sahəsi, 22 infrastruktur obyekti və 17 yaşayış evi var.





Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər