Sovet Rusiyası ilə müharibədə Gürcüstan ordusunun Borçalı müsəlmanları bölməsinin komandiri - İsrafil bəy Yadigarov
1921-ci il Rusiya-Gürcüstan müharibəsinin bir çox mühüm məqamları və fəal fiqurları hələ də tam məlum deyil. Sovet rejimi işğalın əleyhdarlarını “imperializmin agentləri” kimi təqdim edərək, onların adlarını gürcü cəmiyyətinin təsəvvüründən ehtiyatla silib, yerinə saxta nüfuzlu şəxslər qoyub.

Sovet rejimi tərəfindən “imperializm agenti” kimi təqdim olunan fiqurlardan biri də Gürcüstan Silahlı Qüvvələrinin mayoru İsrafil Bəy Yadigarovdur.

İsrafil Bəy Tiflis və Sankt-Peterburq hərbi liseyini bitirib. Birinci Dünya Müharibəsində vuruşmuşdur.

Gürcüstan müstəqilliyini elan etdikdən dərhal sonra, 1918-ci ildən Gürcüstan ordusunda olub. Müxtəlif məlumatlara görə, o, Borçalı mahalının hərbi əks-kəşfiyyatına da komandanlıq edib.

1921-ci ildə Sovet Rusiyasının Gürcüstana hücumu zamanı Borçalı müsəlmanlarının süvari dəstəsinə komandirlik edib. Gürcüstanın işğalından sonra gürcü zabiti kimi Polşa Respublikasında xidmətə başlayıb. Polkovnik-leytenant rütbəsinə çataraq, marşal Edvard Ridc-Smiqli adına 11-ci Ulan alayında xidmət edib.

1939-cu ildə vəfat edib, Varşavada dəfn olunub.

Bu haqda Sovet Keçmişinin Araşdırılması Laboratoriyası “Sov Lab” öz səhifəsində məlumat yayımlayıb.

Print Email
FaceBook Twitter Google