Dövlət ümumtəhsil məktəblərində birinci sinif şagirdlərinin qeydiyyatı ilə bağlı qaydalar və şərtlər müəyyən edilib
Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi 2024-2025-ci tədris ili üçün dövlət məktəblərində 1-ci sinif şagirdlərinin qeydiyyatı ilə bağlı şərtləri müəyyən edib. Gürcüstanın “Ümumi təhsil haqqında” qanununa məktəb yaşı ilə bağlı dəyişiklik edilib.

O cümlədən, 2024-2025-ci tədris ilində dekabrın 1-dək 6 yaşı tamam olacaq uşaqlar I sinfə qeydiyyatdan keçə biləcəklər.

Nazirliyin yaydığı məlumatda qeyd edilir ki, dəyişikliyə əsasən, tədris ilinin başlandığı gündən dekabrın 1-dək anadan olmuş şəxslərin valideynləri və ya qanuni nümayəndələri aşağıdakıları seçmək hüququna malik olacaqlar: məktəbə hazırlıq proqramında və ya birinci sinif şagirdləri kimi qeydiyyatdan keçmək.

Birinci sinif şagirdləri üçün qeydiyyat şərtləri aşağıdakı kimi bölünür:
  • I mərhələ – qeydiyyatın birinci mərhələsində, 2024-cü il martın 6-dan 20-dək xüsusi təhsilə ehtiyacı olan uşaqlar məktəblərdə qeydiyyata alınacaqlar;
  • II Mərhələ – mayın 1-dən mayın 16-dək aşağıdakıları qeydiyyatdan keçirmək mümkün olacaq:
a) Əgər qeydiyyatdan keçmək istədikləri məktəbdə uşağın qardaşı və ya bacısı təhsil alırsa;
b) Valideyni/qəyyumu qeydiyyatdan keçmək istədikləri məktəbdə işçidirsə;
c) Ailədən iki və daha çox uşaq eyni vaxtda birinci sinfə daxil olursa.
  • III mərhələ – ümumi qeydiyyat mayın 20-dən başlayacaq və iyunun 13-dək davam edəcək.
Qeydiyyat Təhsilin İdarə Edilməsi İnformasiya Sisteminin register.emis.ge rəsmi internet saytında aparılacaq. Qeydiyyat valideyn/qanuni qəyyum tərəfindən həyata keçirilir. Elektron qeydiyyatdan keçmiş şagirdin qəbulu üçün zəruri sənədlərin təqdim edilməsi iyunun 14-dən iyunun 25-dək aparılacaq. Göstərilən müddətdə sənədlər təqdim edilmədikdə, qeydiyyat avtomatik olaraq ləğv ediləcək.
  • IV mərhələ – iyunun 27-dən iyulun 12-dək məktəblərdə həyata keçiriləcək. Bu mərhələdə I, II və III mərhələlərdə qeydiyyatdan keçə bilməyən və ya qeydiyyatını dəyişmək istəyən şagirdlər qalan yerlərə və ya əvvəlki mərhələlərdə boşalmış yerlərə qeydiyyatdan keçəcəklər.
Mənbə: Publika
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər