Avropa Birliyində birdəfəlik qabların və qablaşdırmaların istifadəsi qadağan ediləcək

Avropa İttifaqı qida məhsulları və məişət əşyaları üçün birdəfəlik qablaşdırmadan istifadəni qadağan edir.

Söhbət meyvə-tərəvəzdən ibarət mini paketlərə, "fast food" müəssisələrində və ya otel otaqlarında gigiyena vasitələrinə, həmçinin plastik qida qablarına aiddir. 2030-cu ildən tam tətbiq olunacaq yeni tənzimləmənin məqsədi israfçılığı azaltmaqdır.

POLITICO-ya görə, qadağadan sonra müəssisələrdən müştərilərə yemək və ya digər əşyaları götürmək üçün öz təkrar istifadə edilə bilən qablardan istifadə etməyə icazə vermələri tələb olunacaq.

“Bu, həqiqətən də tarixi razılaşmadır. Biz üzv dövlətləri və bütün sənaye sektorlarını müvafiq səylər göstərməyə çağırırıq. Bundan əlavə, biz istehlakçıları tullantılarla mübarizədə öz rolunu oynamağa çağırırıq”,
- bu məsələ ilə məşğul olan Avropa Parlamentinin deputatı Frederik Rays bildirib.

Avropa İttifaqının Statistika Xidmətinin məlumatına görə, son illər Avropa İttifaqında tullantıların rekord artım tendensiyası müşahidə olunur: 2021-ci ildə adambaşına 188,7 kiloqram qablaşdırma tullantıları yığılıb. Bu, 2020-ci illə müqayisədə təxminən 10,8 dəfə çoxdur.

İdeya müəlliflərinin məqsədi odur ki, 2030-cu ilə qədər bütün bu cür qablaşdırma Avropa İttifaqında təkrar emala yönəldiləcək.

Mənbə: Netgazeti


 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər