Didubedə də saatlıq-zonalı parkinq həyata keçiriləcək
Tbilisi meriyasının məlumatına görə, aprelin 1-dən etibarən Didube rayonunda Akaki Tsereteli prospektində və onun ətraf küçələrində saatlıq zona parkinqi tətbiq olunacaq.
Tbilisi meri Kaxa Kaladzenin bu gün, martın 6-da paytaxt hökumətinin iclasında bildirdiyi kimi, martın 1-dən etibarən konkret ünvanlarda məlumat köşkləri yerləşdirilib.

“Bir daha əhalinin nəzərinə çatdırmaq istəyirəm ki, aprelin 1-dən etibarən Didubi rayonunda Akaki Tsereteli prospekti və ona bitişik küçələrdə zonal saatlıq parkinq tətbiq olunacaq. Yerli sakinlərin avtomobillərini evlərinin yanında pulsuz saxlaması üçün mən yerli sakinləri pavilyonlara müraciət etməyə və avtomobillərini vaxtında qeydiyyatdan keçirməyə çağırıram”,
- deyə Kaxa Kaladze bildirib.

Paytaxt meri vətəndaşların qeyd olunan xidmətlərin göstəriləcəyi ünvanların adını çəkib.

Pavilyonlar aşağıdakı ünvanlarda yerləşir:
• Tsereteli prospekti N118 (Expo Georgia Sərgi Mərkəzinin yaxınlıqda);
• Tsereteli prospekti N12a ilə bitişik; Tsereteli prospekti N116;
• Tsereteli prospekti N76; Tsereteli prospekti N48; Tsereteli prospekti №140 (“Didube” metrostansiyası ilə bitişik); Tskaltubo küçəsi N10.

Kaladzenin qeyd etdiyi kimi, pavilyonlar bazar və bazar ertəsi istisna olmaqla, hər gün 09:00-dan 18:00-a kimi işləyir.

Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər