Sosial cəhətdən imkansız tələbələrin təhsil haqlarının maliyyələşdirilməsi üçün müraciətlərin qəbuluna başlanılıb

Tbilisi meriyasında bələdiyyə hökumətinin iclasının əvvəlində mer Kaxa Kaladze bu gündən, martın 6-dan tələbələrin maliyyələşmə üçün müraciətlərinin qəbul olunacağını açıqlayıb.


2023-2024-cü tədris ilinin yaz semestrinin təhsil haqlarının maliyyələşdirilməsi üçün paytaxtda qeydiyyatda olan sosial cəhətdən aztəminatlı, çoxuşaqlı ailə üzvləri və sağlamlıq imkanları məhdud tələbələr Tbilisi meriyasına müraciət edə bilərlər.

“Tbilisi Bələdiyyəsi ərazisində qeydiyyatda olan, bakalavr, magistratura və ya doktoranturanın akademik səviyyəsində təhsil alan, fəal tələbə statusuna malik olan və çoxuşaqlı ailənin üzvü olan şəxslər maliyyələşdiriləcək; Onlar sosial cəhətdən həssas ailələrin vahid bazasındadırlar və ya əlil statusuna malikdirlər”, - deyə Kaxa Kaladze bildirib.

Tbilisi merinin izah etdiyi kimi, veriləcək maliyyənin məbləği tələbənin əvvəlki semestrdə keçdiyi fənlər üzrə topladığı qiymətlərin orta arifmetik balından asılıdır. Tələbələr semestr məbləği daxilində 50%, 70% və ya 100% maliyyələşdirmə ala bilərlər (1 125 laridən çox olmamaq şərtilə).

Kaxa Kaladzenin sözlərinə görə, ərizələrin qəbulu mayın 31-dək davam edəcək. Ətraflı məlumat üçün maraqlı şəxslər Tbilisi meriyasının internet saytına - www.tbilisi.gov.ge-ə müraciət etməlidirlər.


 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər