Tsalkada siniflərə müqəddəs su ilə xeyir-dua verən direktora nazirlik tərəfindən xəbərdarlıq edilib
Tsalkada Artsivani kəndinin dövlət məktəbinin direktoru Pridon Davitadzeyə nazirlik yalnız siniflərə müqəddəs su çilədiyinə görə xəbərdarlıq edib.

“Daxili audit və Təhsil Nazirliyi direktora xəbərdarlıq edib ki, bir daha belə hal olmasın.

Bu adam heç direktor da deyil, əvəzləyicidir. İndi müsabiqə elan olunub və bu şəxs artıq iştirak etmir”,
– Tsalka Resurs Mərkəzinin rəhbəri Arsen Cmukhadze “Batumelebi”yə bildirib.

Artsivani kəndinin ictimai məktəbində tədris prosesində siniflərə müqəddəs su çilənərək xeyir-dua verilib ki, buna da məktəbin bəzi müəllimləri etirazını bildirib.

“Gürcüstanın ümumi təhsil qanunu”na əsasən, “dövlət məktəbində tədris prosesindən dini təlqin, prozelitizm və ya məcburi assimilyasiya məqsədləri üçün istifadə etmək yolverilməzdir”.

Təhsil Nazirliyi dövlət ümumtəhsil məktəblərinə ikinci dəfə direktor seçkiləri elan edib. İkinci mərhələdə 7 namizəd Artsivani dövlət məktəbinin direktoru olmaq arzusunu bildirib.

Məktəbin direktoru qəyyumlar şurası tərəfindən seçilməlidir. Qəyyumlar Şurası Nazirlik tərəfindən təklif edilən namizədlərdən hər hansı birini iki dəfə seçə bilmədikdə, direktor Nazirlik tərəfindən təyin edilir.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər