Din Agentlik Adıgendə baş verən hadisə haqda: Biz imanın dar maraqlar üçün istifadəsini pisləyirik
Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi Adıgenidə baş verənlərlə bağlı bəyanat yayıb və qeyd edir ki, istənilən məqsədyönlü destruksiya yolverilməzdir.

Agentlik din və inancdan dar maraqlar üçün istifadəni pisləyir. Agentlik zorakılığı qəbul etmir və məsələnin daha çox uzatmadan həll olunacağına ümid edir.

“Gürcüstanda din və etiqad azadlığı qorunur və bunu Gürcüstanın tərəfdaş ölkələrinin dini məsələlərlə məşğul olan yüksək vəzifəli şəxsləri də dəfələrlə etiraf ediblər.

Agentlik tərəfləri sağlam düşüncə nümayiş etdirməyə və Gürcüstanın maraqlarına və qanunvericiliyə uyğun hərəkət etməyə çağırır. Eyni zamanda, o, müsəlman və xristian dini liderlərini təxribatlara yol verməməyə və insidentlə bağlı gərginliyin dini ardıcıllara keçməməsi üçün öz dini ardıcılları ilə işləməyə çağırır”,
- deyə məlumatda bildirilir.

Agentlikdən verilən məlumata görə, onun yerli hökumətlə sistemli əlaqəsi var və onun regional koordinatoru qeyd olunan məsələdə fəal iştirak edir.

Agentlik siyasi qurumları təxribat xarakterli bəyanatlardan çəkinməyə, yüksək vətəndaş məsuliyyəti göstərməyə və dünyəvilik prinsiplərinə uyğun fəaliyyət göstərməyə çağırır.

“Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi əvvəldən yuxarıda qeyd olunan məsələnin tənzimlənməsində fəal iştirak edib və gələcəkdə bütün dini konfessiyaların mənafelərini qorumaq üçün öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməyə hazırdır”,
- deyə agentlikdən bildirilib.

Adıgenidə dini zəmində qarşıdurma olub. Martın 8-də onlarla insan Adigen rayonuna gələrək müsəlmanları namaz qılmağa qoymayıb.

Batumi nəşri vətəndaşların evin yaxınlığında toplaşdığını, aralarında din xadimlərinin də olduğu yerdən video yayımlayıb. Onlar evdə olan şəxsi söyərək, evdən çıxmasını tələb edirlər.

Batumelebi yazır ki, Yusuf Mikeladzeyə məxsus evdə son bir neçə ildə Adigendə yaşayan müsəlmanların bir yerə toplaşaraq cümə namazı qıldığı evdə qarşıdurma baş verib.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər