Sinoptiklərin proqnozlarına görə, Qərbi Gürcüstanda hava 23 dərəcəyə qədər istiləşəcək
Ətraf Mühitin Mühafizəsi Milli Agentliyinin məlumatına görə, martın 15-dək Qərbi Gürcüstanda isti, yağmursuz, bəzi yerlərdə küləkli hava şəraiti, 12-13-də isə Gürcüstanın şərqində yağmursuz, martın 14-də isə az yağıntılı olacağı, duman olacağı gözlənilir.

Məlumata görə, martın 12-13-də Tbilisidə hava şəraitinin yağmursuz keçəcəyi, martın 14-də buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +11, +13 dərəcə təşkil edəcək.

“Qərbi Gürcüstanda düzənlikdə hava +18, +23 dərəcəyə qədər istiləşəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu 19-21 dərəcə isti təşkil edəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): hava isti və yağmursuz olacaq, şərqdən külək əsəcək. Havanın temperaturu +20, +22 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): yağmursuz hava gözlənilir, havanın temperaturu +14, +19 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): yağmursuz hava şəraiti gözlənilir, havanın temperaturu +10, +15 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani) martın 12-13-də yağmursuz hava şəraiti, martın 14-də isə bəzi yerlərdə yağıntılı olacağı, havanın temperaturu gün ərzində +10, +15 dərəcə isti təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): martın 12-13-də hava şəraitinin yağmursuz keçəcəyi, martın 14-də buludlu olacağı, arabir tutulacağı gözlənilir. Havanın temperaturu gündüz +9, +14 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): hava əsasən yağmursuz keçəcək, havanın temperaturu gün ərzində +8, +13 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): martın 12-13-də hava şəraitinin yağmursuz keçəcəyi, martın 14-də bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz 4-9 dərəcə isti təşkil edəcək”,
- məlumatda deyilir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər