Marneuli bazarında məhsulların qiyməti neçədir?
Marneuli bazarı öz rəngarəngliyi ilə seçilir. Bir sırada yerləşən piştaxtalarda çoxsaylı yerli sakin alverlə məşğuldur. Meyvə, tərəvəz və başqa məhsullar səhər açılandan piştaxtaya düzülür. Marneuli bazarı ticarət üçün sərfəli yerlərdən hesab olunur.

Bazarda 11 mart tarixində olan qiymətləri sizə təqdim edirik:
  • 1 kq xiyar – 4 lari
  • 1 kq pomidor – 4,50 lari
  • “Çeri” pomidoru – 6 lari
  • 1 kq soğan – 1,30 lari
  • 1 kq sarımsaq – 8 lari
  • 1 kq badımcan – 6 lari
  • 1 kq qırmızı bolqar – 8 lari
  • 1 kq yerkökü – 2 lari
  • 1 kq çuğundur – 2 lari
  • 1 kq kahı – 6 lari
  • 1 kq kələm – 1,50 lari
  • 1 kq limon – 5 lari
  • 1 kq kartof – 0,80 lari
  • 1 kq portağal – 3,50-4 lari
  • 1 kq armud – 4 lari
  • 1 kq yerli nar 10 lari, Türkiyə narı – 5 lari, İran narı – 6 lari
  • 1 kq alma – 2-3 lari
Print Email
FaceBook Twitter Google