Marneuli meriyası 8 mart üçün kart və çiçəklərə 980 lari xərcləyib
Marneuli meriyası 8 mart üçün kart və çiçəklərə 980 lari xərcləyib. Marneuli meriyası 8 mart üçün 200 ədəd təbrik kartı hazırladıb. Yerli özünüidarə Beynəlxalq Qadınlar Günü üçün təbrik kartlarını sadələşdirilmiş qaydada fərdi sahibkar Əkrəm Qəhrəmanovdan 240 lariyə alıb.

“Xatırladaq ki, Marneuli meriyasına Beynəlxalq Qadınlar Günü ilə əlaqədar 200 ədəd təbrik kartı lazımdır. Həmin təbrik kartları merin adı ilə müvafiq ünvanlara göndəriləcək. Xahiş edirik, xidmətin həyata keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülməsi üçün müvafiq xidmətə məsələni müzakirə etmək tapşırığı verəsiniz”, – izahatnamədə yazılıb.

Bələdiyyəyə 200 ədəd gül dəstəsi almaq 760 lariyə başa gəlib. “Gül Cənnəti” MMC ilə bağlanmış sadələşdirilmiş müqaviləyə görə, bir gülün dəyəri 3,80 laridir.

Marneuli meri Kənan Ömərov və Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze Marneuli bələdiyyəsinin “Geo Hospitals” və “Aversi” klinikasının tibbi heyətini, eləcə də meriyada işlə təmin edilmiş xadimələri 8 mart münasibətilə təbrik edib.

Print Email
FaceBook Twitter Google