Marneulidə Ramazan ayının başlaması münasibətilə təbrik banerləri asılıb (FOTO)
Ramazan ayının başlaması münasibətilə müsəlman icmasının yaşadığı Marneuli şəhəri, Sadaxlı və Qardabandə təbrik banerləri asılıb. Bu bərədə Bütün Gürcüstan Müsəlmanları İdarəsindən "Marneuli" radiosuna məlumat verdilər. Məlumata görə, təbirik banerləri idarənin təşkilatçılığı ilə asılıb.

"Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə hər il olduğu kimi bu il də mübarək Ramazan ayının başlaması münasibət ilə Marneuli və Qardabanidə mərkəzi küçələrə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) təşkilatçılığı ilə təbrik banerləri asılıb. Həmçinin Marneuli bələdiyyəsinin Sadaxlı kəndində də baner asılıb.

Marneuli və Qardabani bələdiyyələrinə, təbrik banerlərinin asılmasına göstərdikləri dəstəyə görə təşəkkürümüzü bildiririk",
– məlumatda qeyd olunub.

Onu da əlavə edək ki, təbrik banerləri ötən il də yerləşdirilmişdi.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google