Nutsa Buzaladzenin “Eurovision” mahnısı və klipi dərc olunub
Gürcüstanın “Eurovision” mahnı müsabiqəsindəki təmsilçisi Nutsa Buzaladzenin mahnı və klipi yayımlanıb.

Gürcü müsabiqə mahnısı Firefighter Darko Dimitrov və Ada Satka tərəfindən yazılmışdır. Videoklipdə Nutsa Buzaladze ilə birlikdə gürcü və italyan rəqqasları iştirak edirlər.


“Birinci Kanal”ın məlumatına görə, klipin rejissoru Zaza Oraşvili, rəssamı Şako Popiaşvili, xoreoqrafı Luici Aloka, geyimlərin dizaynı Laşa Coxadze və Aleksandre Axalkatsişvili, montaj rejissoru Nestan Sincikaşvilidir.

Eurovision Mahnı Müsabiqəsi mayın 7, 9 və 11-də İsveçin Malmö şəhərində keçiriləcək. Mayın 9-da keçiriləcək ikinci yarımfinalda Gürcüstan adından Nutsa Buzaladze oxuyacaq.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər