İŞİD Şri-Lankada baş vermiş hücumlara görə məsuliyyəti öz üzərinə götürüb
İŞİD terror təşkilatı Şri-Lankada baş vermiş hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə məlumatı İŞİD-ə bağlı informasiya agentliyi yazıb.

Şri-Lankada kilsə və mehmanxanalara hücum nəticəsində ölənlərin sayı 310-a çatıb. 500 nəfərdən artıq adam isə yaralanıb.

BBC-nin yazdığına görə, ölənlər arasında xarici ölkə vətəndaşları da var.

Məlumata görə, baş vermiş hadisə ilə bağlı polis 40 nəfəri saxlayıb.

Şri-Lankada partlayışlar bazar günü yerli katoliklər Pasxa bayramını qeyd edərkən baş verib.


nbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər