Almaniyada keçirilən çempionatda daha bir Gürcüstanlı idmançı qələbə qazanıb
Almaniyanın Nordhorn şəhərində keçirilən
“Dünya çempionatı”nda daha bir Gürcüstan idmançısı Kənan Bayramov
qələbə qazanıb.
O,
finalda Almaniyalı rəqibini məğlub edərək qızıl medal qazanaraq,
dünya çempionu olub. Bu haqda məlumatı "Gorarxı" idman klubunun baş
məşqçisi və WFMC-Gürcüstan təşkilatının rəhbəri Tofiq Əkbərov
sosial şəbəkədə paylaşıb.
Onun yazdığı məlumata görə, Kənan Bayramov 70 kq çəki dərəcəsində
kick-light versiyası üzrə mübarizəyə qatılıb və bütün rəqiblərinə
qalib gələrək çempion olub.
Tofiq Əkbərov onu da qeyd edib ki, daha iki idmançıdan qələbə
gözləyir.
Xatırladaq ki, 19 oktyabr tarixində Almaniyanın Nordhorn şəhərində
keçirilən “Dünya çempionatı”nda Gürcüstan idmançısı Özcan Əhmədov
WFMC-nin dünya çempionluğunu qazanmışdır. Özcan Əhmədov 55 kq çəki
dərəcəsində mübarizəyə qatılıb və bütün rəqiblərinə qalib gələrək
çempion olub.
Onu da əlavə edək ki, 18-19 oktyabr tarixində Almaniyanın Nordhorn
şəhərində keçirilən “Dünya çempionatı”nda Gürcüstan idmançıları da
iştirak edirlər. Yarış Dünya Döyüş Növləri Federasiyasının
təşkilatçılığı ilə həyata keçirilir və yarış Kikboks, Tayboks, K1
və digər idman növləri üzrə keçirilir.