Xəbərlər
Gürcüstanlı idmançı “Thai Fight 2019”-da iştirak edəcək
Gürcüstanlı idmançı Tofiq Abdullayev 23 noyabr tarixində Tailandın Somdet şəhərində planlaşdırılan “Thai Fight 2019”-da iştirak edəcək. Bu haqda məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “Gorarxı” idman klubunun baş məşqçisi və WFMC-Gürcüstan təşkilatının rəhbəri Tofiq Əkbərov verdi.

Onun sözlərinə görə, Tofiq Abdullayev WFMC-Gürcüstan təşkilatının peşəkar idmançısıdır. O, 70 kq çəki dərəcəsində mübarizəyə qatılacaq və bu peşəkarlar arasında keçirilən bir yarışdır.

“Tailand kralının şərəfinə həsr edilən və beynəlxalq miqyasda keçirilən bu yarış “Thai Fight” adlanır. “Thai Fight”-a dəvət alan şəxslər uzun illər ərzində idmanda tanınan idmançılar olurlar. Əgər Tofiq Abdullayev bu döyüşdə qalib gələrsə, finalda tanınmış idmançı Sençhai ilə qarşılaşacaq. Sençhai 70 kq çəki dərəcəsində planetin ən güclüsüdür. İnanırıq ki, idmançımız bu yarışda qələbə qazanaraq, finala vəsiqə əldə edəcək. Mən Tofiqə bu yarışda qələbə arzulayıram və ümidvarıq ki, uğur onunla olacaq”, – Tofiq Əkbərov dedi.

Tofiq Əkbərov onu da əlavə etdi ki, planlaşdırılan döyüşdə Tofiq Abdullayevin rəqibi Argentinalı idmançı Alejandro Amlcucci olacaq.

FaceBook Twitter Google