Əməliyyat sonrası Kim Çen İnin vəziyyəti ağırdır – CNN

ABŞ Şimali Koreyanın lideri Kim Çen İnin əməliyyatdan sonra vəziyyətinin ağır olduğu barədə kəşfiyyat məlumatlarnı araşdırır.



ABŞ Təhlükəsizlik Xidmətinə yaxın bir mənbənin CNN-ə verdiyi məlumata görə, Birləşmiş Ştatlar Şimali Koreya liderinin sağlamlıq vəziyyətini diqqətlə izləyir.
CNN həmçinin yazır ki, Kim Çen İnin 15 aprel tarixində babasının yubiley mərasiminə qatılmaması onun səhhəti ilə bağlı şübhələri daha da artırıb.

O, ən son yubiley mərasimindən cəmi dörd gün əvvəl hökumət üzvləri ilə görüşdə görünmüşdü. Digər bir mənbə CNN-ə bildirib ki, Şimali Koreya liderinin sağlamlıq vəziyyəti ilə bağlı məlumat həqiqətə uyğundur, lakin vəziyyətin nə dərəcədə ciddi olduğunu yoxlamaq çətin məsələdir.

Şimali Koreyada baş verən hadisələr haqqında yazan onlayn nəşriyyat "DK" Kim Çen İnin həqiqətən də aprelin 12-də kardiostomiya ilə bağlı tibbi proseduralar keçirdiyini bildirib. Nəşrin məlumatına görə, Şimali Koreya lideri hazırda villalarının birində müalicə alır.

Cənubi Koreya hökuməti Kim Çen İnin vəziyyəti ilə bağlı açıqlama verməyib. Prezident administrasiyasından jurnalistlərə bildirilib ki, onların Dövlət Başçısının səhhəti ilə bağlı heç bir məlumatları yoxdur, üstəlik, hazırda Şimali Koreyada "qeyri-adi" heç nə müşahidə edilmir.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər