“Turkish Airlines” İstanbul-Tbilisi reyslərini iyun ayından etibarən bərpa edəcək
“Turkish Airlines” (THY) aviaşirkəti COVİD-19-a görə dayandırdığı daxili və beynəlxalq aviareyslərini iyun, iyul və avqust aylarında bərpa edəcək.

3 aylıq cədvələ görə, aviaşirkət iyun ayında həftədə 75 tezliyi ilə, 19 ölkənin 22 məntəqəsinə uçuşlar həyata keçirəcək. Gürcüstan “Turkish Airlines”-in iyun ayı planındadır və artıq məlumdur ki, aviaşirkət qeyd olunan istiqamətlər üzrə başlanğıc mərhələdə həftədə 4 uçuş həyata keçirəcək. İstanbul-Batumi istiqamətinə gəldikdə isə, o aviaşirkətin iyun cədvəlində yoxdur. “Turkish Airlines” Tbilisi istiqamətində uçuşlarını həm Sabiha Gökçen, həm də İstanbul Aeroportundan həyata keçirirdi. Amma hal-hazırda aviaşirkətin rəsmi saytında Tbilisi istiqamətinə olan biletlər yalnız İstanbul Aeroportundan tapılır.

Uçuşların başlaması tarixinə gəldikdə isə, aviaşirkət rəsmi bəyanat yaymayıb, amma İstanbul-Tbilisi istiqamətinə biletləri 28 may tarixindən almaq mümkündür.

Gürcüstanın aviabazarında sərnişin daşınmasına gəldikdə isə, “Turkish Airlines” 2019-cu ildə bazarın 11%-nə sahib idi. 2018-ci ildə bu rəqəm 11%, 2017-də isə 12% olub.

2020-ci ilin birinci kvartalına olan göstəricilərə görə isə “Turkish Airlines”-in Gürcüstan aviabazarında olan payı 12% müəyyənləşmişdi.

2019-cu ilin yay naviqasiya dövründə “Turkish Airlines” İstanbul-Tbilisi-İstanbul istiqaməti üzrə həftədə 34 tezliyi ilə uçuşlar həyata keçirirdi.

“Turkish Airlines”-in hazırladığı cədvələ əsasən, aviaşirkət iyun ayında aşağıdakı istiqamətlər üzrə uçuşlar həyata keçirəcək: Kanada-Toronto, Qazaxıstan-Almatı, Əgqanıstan-Kabul, Yaponiya-Tokio, Çin-Şanxay, Cənubi Koreya – Seul, Sinqapur, Danimarka-Kopenhagen, İsveç-Stokholm, Norveç-Oslo, Almaniya-Frankfurt, Berlin, Düsseldorf və Münhen, Avstriya-Vyana, Hollandiya-Amsterdam, Belçika-Brüssel, Belarus-Minsk, Gürcüstan-Tbilisi, Livan-Beyrut, Küveyt və İsrail – Təl-Əviv.



Aviaşirkətin planında həmçinin, bütün daxili uçuşların bərpa olunması da var.

Mənbə: avianews.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər