ERMƏNISTAN PARLAMENTINDƏ DEPUTATLAR ƏLBƏYAXA OLDULAR
Ermənistanın Milli Məclisinin bu günkü, 8 may iclasında müxtəlif partiyadan olan deputatlar arasında qarşıdurma yaranıb.



Ermənistan mediasının verdiyi məlumata görə, “İşıqlı Ermənistan” Partiyasının rəhbəri Edmon Marukyanı tribunada çıxış edən zaman hakim fraksiyanın - “Mənim addımım” deputatı Babken Tunyanın atmacaları və təhqiredici sözləri hövsələdən çıxarıb ki, bundan sonra deputatlar arasında sözlü və fiziki qarşıdurma yaranıb. Əlbəyaxa olanları ayıranlar arasında Parlamentin spikeri və baş nazirin müavini də olub.

Mətbuatın verdiyi məlumata görə, heç kim xəsarət almayıb, iclas adi qaydasında davam edib. Amma, news.am-ın yazdığına görə, qarşıdurmadan sonra hakim fraksiyanın deputatı Edmon Manukyana baş nazir Paşinyanın özü zəng edib və 40 dəqiqə söhbət edib. Söhbətin mövzusu mətbuata məlum deyil.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər