Gürcüstandan 178 Azərbaycan vətəndaşı təxliyə ediləcək
Gürcüstanda olan daha 178 nəfər Azərbaycan vətəndaşı təxliyə ediləcək.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Gürcüstandan təxliyə ediləcək Azərbaycan vətəndaşlarından COVID-19 testlərinin götürülməsinə başlanılıb.

Təxliyəsi planlaşdırılan 178 Azərbaycan vətəndaşından bu gün səhər saat 08:00-da PSR testlərinin götürülməsinə başlanılıb.

Səfirlikdən verilən məlumata görə, analizlərin cavabı günün sonunadək açıqlanacaq və neqativ cavab alan şəxslər iyunun 23-də saat 10-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi avtobuslarla "Sınıq körpü" sərhəd-keçid məntəqəsinə gətiriləcəklər. Təxliyə olunacaq şəxslərin Azərbaycanda karantində saxlanılmayacağı bildirilib.

Test cavabı müsbət olanlar isə Gürcüstanda xəstəxanalara yerləşdiriləcək.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər