Beynəlxalq Valyuta Fondu – Bu il dünyada iqtisadi artım əvvəlcədən ehtimal etdiyimizdən xeyli aşağı olacaq

Beynəlxalq Valyuta Fondunun açıqlamasında bu il dünyada iqtisadi artımın əvvəlcədən ehtimal olunandan daha aşağı olacağı bildirilir.


Fondun direktoru Kristina Qeorqiyeva, bu günə qədər qlobal iqtisadi artımın 5% yavaşladığını iddia edir, ancaq koronavirus pandemiyası davam edərsə, qlobal iqtisadi artım azalmaqda davam edəcək.

BVF-dən bildirirlər ki, xüsusilə də koronavirusun təsirinə məruz qalan ölkələrdə azalma daha da artacaq. Məsələn, son məlumatlara görə, Birləşmiş Krallığın iqtisadi artımı 2021-ci ilə qədər ən azı 10% azalacaq. Qeorqiyevanın sözlərinə görə, iqtisadi geriləmə İtaliya, İspaniya və Latın Amerikasında kifayət qədər nəzərə çarpacaq.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər