Braziliyada koronavirusa daha 23 529 yoluxma halı təsdiqlənib, 716 nəfər vəfat edib

Braziliyanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, Braziliyada koronavirusa daha 23 529 yoluxma halı təsdiqlənib və bu virusa yoluxan insanların ümumi sayı 2 098 389 olub.


Eyni məlumatlara görə, Braziliyada Covid-19 səbəbindən daha 716 nəfər dünyasını dəyişib və ölənlərin sayı 79 488-ə çatıb.

Mətbuatda yayılan məlumatlara görə, bir neçə gün əvvəl təkrar koronavirus testi keçirən və virusa yenidən yoluxduğu təsdiqlənən ölkə prezidenti Jair Bolsonaru, prezident iqamətgahındakı ərazidə tərəfdarlarını salamlayıb. CNN-in məlumatına görə, prezident və toplaşan vətəndaşları su kanalı ayırıb, lakin iki nəfər onu keçə və prezidentə yaxınlaşa biliblər.

Məlumat üçün bildirək ki, Braziliya həm yoluxmuşların, həm də virus səbəbindən ölənlərin sayına görə ABŞ-dan sonra dünyada ikinci yeri tutur.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər