Ermənistan-Azərbaycan sərhədində yenə də itki var

Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bu gün, 27 iyul tarixində Ermənistan Silahlı Qüvvələrinin müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu Aşot Mikaelyan Ermənistan-Azərbaycan sərhədində Azərbaycan tərəfinin açdığı atəş nəticəsində ağır yaralanıb.



Bu fakt barədə məlumat bundan əvvəl Bakı tərəfindən yayılmışdı. Ermənistan-Azərbaycan sərhədində son günlər nisbətən sakitlikdir.

İyulun 12-də Ermənistan-Azərbaycan sərhədinin hər iki tərəfində qəfil qarşıdurmalar başlamışdı və qarşıdurma hər iki tərəfdən itkilərlə nəticələnmişdi. Onların arasında Azərbaycanın yüksək rütbəli hərbi məmurları da var idi. Toqquşmalara başlamaqda hər iki tərəf bir-birini günahlandırır. Azərbaycanlı politoloqlar və ekspertlər hesab edirlər ki, sərhəddə mövcud toqquşmalar Bakının maraqlarına uyğun deyil, çünki münaqişə zonasını Qarabağdan Ermənistan-Azərbaycan sərhədinə keçirmək Bakının marağında deyil.

Bu iki Cənubi Qafqaz ölkəsi arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon - Azərbaycanın 20% -i Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib ki, bunu da Ermənistan tərəf qəti şəkildə rədd edir.

Tərəflər 1994-cü ildə atəşkəsə imza atıblar, lakin beynəlxalq təşkilatların vasitəçiliyi ilə iki ölkə arasında aparılan danışıqlar hələ də uğursuz hesab olunur. Hər iki tərəf daim bir-birini atəşkəs rejimini pozmaqda ittiham edir.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər