ABŞ İranın Ərbilə endirdiyi zərbələri pisləyib
ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraq Kürdüstanının inzibati mərkəzi olan Ərbil şəhərinə endirdiyi zərbələri pisləyir.

Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

“Biz İranın İraqda sabitliyi pozan ehtiyatsız raket hücumlarına qarşıyıq”, - deyə bəyanatda bildirilir.

Dövlət Departamenti bildirib ki, Birləşmiş Ştatlar İraq hökumətini və İraq Kürdüstan Regional Hökumətini ölkə xalqının istəklərini yerinə yetirmək səylərində dəstəkləyir.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanının paytaxtı Ərbildə ABŞ konsulluğu yaxınlığında yerləşən ABŞ hərbi bazası və hava limanına zərbələr endirib.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google