Monqolustanda qaz daşıyan yük maşını partlayıb, ölənlər var
Monqolustanın paytaxtı Ulan-Batorda 60 ton qaz daşıyan yük maşınının partlaması nəticəsində üç yanğınsöndürən də daxil olmaqla azı 6 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

"Təəssüf ki, hadisə nəticəsində Milli Yanğından Xilasetmə Xidmətinin 63-cü yanğın-xilasetmə hissəsinin 3 əməkdaşı xidməti vəzifələrini yerinə yetirərkən həlak olub", - Fövqəladə Halların İdarəetmə Xidmətinin məlumatında deyilir.

Onların məlumatına görə, yük maşınında 60 ton maye qaz olub. Avtomobilin partlaması yanğına səbəb olub və qısa müddətdə ətraf ərazilərə, “Dünjinqaravi” bazarının yaxınlığında, eləcə də binalara, o cümlədən yaşayış binasına keçib. Yanğının söndürülməsinə 600-dən çox yanğınsöndürən cəlb olunub.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google