Rusiyada “İl-76” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb, 15 nəfər ölüb
Rusiyanın İvanovsk vilayətində “Severnıy” aerodromunda “İl-76” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb, 15 nəfər ölüb.

Qəzaya səbəb kimi mühərriklərdən birinin uçuş zamanı yanması göstərilib.

Bildirilib ki, ekipaj təyyarəni aerodroma qaytarmağa cəhd göstərsə də, buna nail olmayıb. Nəticədə “İl-76” uçuş yerindən iki kilometr aralıda yerləşən Podtalitsa kəndinə düşüb.

Təyyarənin göyərtəsində 8 ekipaj üzvü, 7 sərnişin olub, onların hamısı ölüb.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər