Ukraynanın Krivoy Roq şəhərinə Rusiyanın hücumu nəticəsində 3 nəfər həlak olub

Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə hücumu nəticəsində 3 nəfər həlak olub, 30-dan çox insan xəstəxanalara çatdırılıb, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Serxi Lisak məlumat verib.


Daha sonra Lisak Telegram kanalı vasitəsilə yayımlayıb ki, hücum nəticəsində 10 uşaq və 38 böyük yaralanıb. Şəhərdə iki, doqquz və beşmərtəbəli yaşayış binaları yanıb.

Ukrayna prezidenti Volodimir Zelenski hadisə ilə bağlı Krivoy Roqdakı raket hücumundan sonra xilasetmə əməliyyatı aparıldığını və dağıntılar altında insanlar axtarıldığını yazıb. O, mərhumun ailələrinə və yaxınlarına başsağlığı verib.

Rusiya tərəfi hücumla bağlı şərh vermir. Ukraynada müharibə ərzində Moskva mülki obyektlərə hər hansı qəsdən hücumu inkar edir.






 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər