İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq – İlham Əliyev
İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq. Bu sözləri Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı söyləyib.

“Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”, – dövlət başçısı qeyd edib.

Bundan əlavə Əliyev çıxışı zamanı qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası münaqişələrin həlli üçün müsbət nəticələr verəcək.

O bildirib ki, Cənubi Qafqaz regionunda baş verən dəyişikliklər lokal görünə bilər, lakin əslində onların daha geniş nəticələri var, çünki son bir ildə baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası olub.

“Bu, həqiqətən də çox ciddi geosiyasi dəyişiklikdir və məncə, həlledilməz görünən münaqişələrin həlli üçün çox müsbət nəticələr verəcək”,
– deyə o bildirib.

Bu il Bakı Qlobal Forumunun mövzusu “Parçalanmış dünyanın bərpası”dır.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər