İlham Əliyev - Fransa Azərbaycanı ərazi bütövlüyünü bərpa etdiyinə görə cəzalandırmağa çalışır
Fransa Azərbaycanı ərazi bütövlüyünü bərpa etdiyinə görə cəzalandırmağa çalışır-bu haqda Azərbaycan Prezidenti İlham Əliyev Bakı Forumunda danışıb.

Azərbaycan Prezidenti, Fransanın mövqeyinin beynəlxalq birliyin mövqeyinə tamamilə zidd olduğunu bildirib.

Əliyev, Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu qeyd edib.

Azərbaycan Prezidenti həmçinin Fransanın Evian şəhərində azərbaycanlı şair Natəvanın abidəsinə vurulmuş zərərdən də danışıb.

“Natəvanın abidəsinə qarşı vandalizmin dayandırılması üçün səfirliyimiz və digər kanallar vasitəsilə Fransa hakimiyyətinə, eləcə də Evian şəhər merliyinə yönəlik bütün tələblərimiz cavabsız qaldı. Sonra Azərbaycan tərəfi abidəni götürmək üçün icazə almaqda israr etməyə başladı, çünki bu, bizim üçün təhqir idi. Bu bir alçaldıcı idi. Fransa kimi özünü “mənəvi lider” adlandıran ölkədə bu, çox vaxt qəbuledilməzdir. Bir neçə ay sərf etməli olduq ki, həmin abidəni (Natəvanın vandalizm aktına məruz qalmış heykəli – red.) Eviandan götürüb Parisdə, Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə gətirib orada yerləşdirək. Hazırda Natəvanın abidəsi oradadır”
– deyə İlham Əliyev bildirib.

Mənbə: Birinci Kanal


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər