Gürcüstan idmançıları İtaliyada keçiriləcək yarışa hazırlaşırlar
Gürcüstan idmançıları dekabr ayında İtaliyanın
Roma şəhərində keçiriləcək Avropa çempionatında iştirak
edəcəklər.
Bu
haqda məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı "Gorarxı"
idman klubunun baş məşqçisi və WFMC-Gürcüstan təşkilatının rəhbəri
Tofiq Əkbərov verdi.
Onun sözlərinə görə, bu yarışa 10 nəfərədək idmançı ilə qatılmağı
düşünürlər və o, ümid edir ki, bu çempionatdan qələbə ilə
qayıdacaqlar.
Xatırladaq ki, Gürcüstan idmançıları 18-20 oktyabr tarixində
Almaniyanın Nordhorn şəhərində keçirilən “Dünya çempionatı”nda 3
qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. Yarış Dünya Döyüş
Növləri Federasiyasının təşkilatçılığı ilə baş tutub və Kikboks,
Tayboks, K1 və digər idman növləri üzrə keçirilib.