Rustavidə keçirilən turnirdə Marneuli idmançılar da iştirak ediblər
28-29 fevral tarixində Rustavi şəhərində qraplinq, K-1 və MMA üzrə beynəlxalq turnir keçirilib. Turnirə Marneulidən üç idman klubu qatılıb.

Yarışlara Roma Mehdiyev, Raul Məmmədov və Eltun Qocayevin rəhbərliyi altında qatılan klubları 28 idmançı təmsil edib. Həmin idmançılar qüvvələrini K-1 və MMA versiyası üzrə sınayıblar. Onlardan 17 idmançı bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal qazanıblar. Digər 11 idmançı isə finalda məğlub olaraq gümüş medalla kifayətləniblər.

Turnirdə Azərbaycan, İran, Türkiyə, Gürcüstan, Ermənistan və Rusiya idmançıları iştirak ediblər.

Print Email
FaceBook Twitter Google