Cənubi Azərbaycanda ən çox türk azarkeşinə malik “Traktor” Asiyanın
ən populyar klubu seçilib.
Bu, Asiya Futbol Konfederasiyasının (AFC) keçirdiyi sorğu
nəticəsində müəyyənləşib. Qurumun rəsmi saytında 2020-ci il ərzində
aparılmış sorğuda finala yüksələn "Traktor" həlledici səsvermədə
51,14 faiz səs yığıb.
AFC rəhbərliyi bu münasibətlə Təbriz klubunu təbrik edib.
Qeyd edək ki, İran çempionatında 9 turdan sonra 13 xalı olan
“Traktor” 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Mənbə: report.az