Marneulidə 9-11 may tarixlərində sərbəst güləş üzrə
“Dostluq Turniri” keçiriləcək.
Turnir
“Ata Holding” idman kompleksində baş
tutacaq.
Bu barədə
“Marneuli” radiosuna
“Gürcüstan
Azərbaycanlı İdmançılar Birliyi”-ndən məlumat verilib.
Məlumata görə,
Heydər Əliyevin anadan olmasının
98-ci ildönümünə həsr edilmiş sərbəst güləş üzrə
“Dostluq Turniri” Kvemo-Kartli regionunu əhatə
edəcək.
Turnirin yekununda qalib gələn idmançılara müxtəlif hədiyyələr,
kubok, medal və təltifnamələr təqdim olunacaq.