Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) növbəti iki həftə
ərzində İsraildə himayəsi altında keçiriləcək bütün oyunları ləğv
edib.
Bu barədə qurumun saytında məlumat verilib.
"UEFA mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq
İsraildə növbəti bir neçə həftəyə planlaşdırılan bütün oyunları
təxirə salır", - məlumatda bildirilir.
Qeyd edilir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsi
çərçivəsində oktyabrın 12-də keçiriləcək
İsrail və İsveçrə matçının
qeyri-müəyyən müddətə təxirə salınır. Bundan əlavə, 21 yaşadək
futbolçular arasında UEFA Avropa çempionatının iki oyunu təxirə
salınıb, İsrail oktyabrın 12-də Estoniya, sonra isə oktyabrın 17-də
Almaniya ilə qarşılaşmalıdır.