20-22 oktyabr tarixlərində Gürcüstan idmançıları Almaniyanın
Rüsselsheim şəhərində keçirilən Kikboksinq üzrə dünya çempionatında
iştirak ediblər.
“WFMC” Federasiyasının təşkil etdiyi çempionatda Gürcüstanı 4
idmançı və 1 məşqçi təmsil edib.
“Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi”-nin sədri Tofiq Əkbərov
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onlar bu yolda
illərdir, əziyyət çəkirlər və artıq öz zəhmətlərinin bəhrəsini
görürlər. O, onların yanında
olub, onlara dəstək olan insanlara
təşəkkürünü bildirdi.
“Yarışmada Qardabani və Telavidən 4 idmançı iştirak
edirdi. Onlardan ikisi Qardabani, ikisi də Telavidəndir. Onlar
İsfahan Əliyevin rəhbərliyi altında qatılmışdı. İdmançılarımızdan
Kənan Bayramov K-1 üzrə birinci yerə çıxdı. Resant Aşirov isə
Kiklayt üzrə birinci yeri qazandı. İntiqam Qurbanov K-1 və Kiklayt
üzrə döyüşdə iştirak etdi. Kiklayt üzrə ikinci yeri qazandı. K-1
üzrə yarışmada isə üçünü yerə layiq görüldü. Avtandil Mehdiyev isə
K-1 üzrə üçüncü yerə çıxdı. Hər bir idmançımız uğurla çıxış edib.
Komandamızın qazandığı yüksək nəticələr münasibəti ilə onları və
əziyyəti keçən hər kəsi ürəkdən təbrik edirəm. Uğurlarının davamını
arzulayıram”, – Tofiq Əkbərov dedi.
Almaniyanın Rüsselsheim şəhərində keçirilən Kikboksinq üzrə dünya
çempionatında 30-dan çox ölkədən 1 200 idmançı iştirak edib.