Gürcüstan idmançıları Antalya şəhərində keçirilən turnirdə iştirak ediblər
Marneuli və Qardabanidən olan 14 idmançı Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq kikboksinq üzrə turnirdə iştirak ediblər. 21-22 oktyabr tarixlərində keçirilən turnirdə Gürcüstan idmançıları vətənə medalla qayıdıblar.

7-18 yaş arasında müxtəlif çəkidə iştirak edən Marneuli və Qardabani idmançılarından 12 nəfəri birinci yerə, iki nəfəri isə üçüncü yerə çıxıblar.

Birinci yerə layiq görülən idmançılar:
  • Nazim Səfərov - 26 kq
  • Nihat Sofiyev - 26 kq
  • Umut Mustafayev - 28 kq
  • Kərim Vəliyev - 32 kq
  • Elmir Mustafayev - 34 kq
  • Canar Məmmədov - 32 kq
  • Qoşqar Çobanəliyev - 35 kq
  • Elmxan Daşdəmirov - 47 kq
  • Nizami Musayev - 54 kq
  • Burhan Əliyev - 63 kq
  • Ayxan Mövlayev - 67 kq
  • Surac Xəlilov - 71 kq
Üçüncü yerə layiq görülən idmançılar:
  • Famil Qarayev -52 kq
  • Salman İsmayılov - 55 kq
Qeyd edək ki, Antalyada baş tutan “Korkutan fight night” turnirində Azərbaycan, Rusiya, Almaniya, Portuqaliya, İran, Qazağıstan, Özbəkistan, Türkiyə, Gürcüstan da daxil olmaqla 14 ölkədən 200-ə yaxın idmançı iştirak edib.

Gürcüstanı bu yarışda “Qardabani Fight Kickboxing” klubu və Marneuli rayonunun Lejbəddin kəndində fəaliyyət göstərən “Cəlil Səfərov” adına idman klubu təmsil edib.


Print Email
FaceBook Twitter Google