Marneulili Liza Davadze cüdo üzrə keçirilən turnirdə qızıl medal qazanıb
Marneulili cüdoçular Tbilisi şəhərində keçirilən turnirdə qızıl, gümüş və bürünc medallar qazanıblar. Bu barədə Marneuli Mədəniyyət Mərkəzi məlumat yayıb.

Mərkəz yazır ki, Vaxo Caparidzenin xatirəsinə həsr edilmiş beynəlxalq turnirdə onların idmançıları uğurla iştirak ediblər. Onlardan, Marneulili Liza Davadze birinci yeri tutub.
  • Birinci yer – Liza Davadze, 57 kq çəki dərəcəsi
  • İkinci yer – Lazare Kupatadze, 42 kq çəki dərəcəsi
  • Üçüncü yer – Qiorqi Baciaşvili, 38 kq çəki dərəcəsi
İdmançıların fərdi məşqçisi Sadri İakobaşvilidir.

Turnir 2010-2011-ci il təvəllüdlü qızlar və 2011-2012-ci il təvəllüdlü oğlanlar arasında keçirilib.

Print Email
FaceBook Twitter Google