Marneuli meriyası məktəb idman olimpiadası üçün 2 276 lariyə kuboklar və avadanlıqlar alıb
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi məktəb idman olimpiadasının keçirilməsi üçün sadələşdirilmiş qaydada məktəblilərin idman olimpiadası üçün kubok, medal, sertifikat və idman ləvazimatları alıb.

Meriyanın Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstəkgöstərmə Xidmətinin rəhbərinin Marneuli merinə yazdığı izahatnaməyə əsasən, Gürcüstanda məktəblilərin idman olimpiadası artıq başlayıb və 2023-cü ilin sonunda başa çatacaq.

“Gürcüstan miqyasında ümumtəhsil məktəblərinin idman olimpiadası başlayıb və 2023-cü ilin sonunda başa çatacaq. Resurs Mərkəzdən verilən məlumata görə, bələdiyyəmizdən 34 dövlət məktəbi qeyd olunan tədbirdə iştirak etmək istəyini bildirib.

Məktəblər arasında müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək: (futbol, voleybol, basketbol, stolüstü tennis, şən startlar). Sözügedən yarışlar qızlar və oğlanlar arasında keçiriləcək”,
– Sadələşdirilmiş müqavilənin izahatnaməsində qeyd olunub.

Marneuli bələdiyyəsinin yerli özünüidarəetməsi məktəblilərin idman olimpiadası üçün lazım olan kubokların və idman avadanlıqlarının alınması üçün Elgün Xudiyevlə sadələşdirilmiş müqavilə imzalayıb. Meriya tərəfindən 2 276 lariyə 234 idman medalı, 13 kubok, 240 diplom, 3 ədəd futbol topu, 2 ədəd basketbol topu, 2 ədədvoleybol topu, stolüstü tennis raketkası və stolüstü tennis toru alınıb.

Print Email
FaceBook Twitter Google