Marneulili idmançılar Tbilisidə keçirilən “Muaytay” üzrə Gürcüstan açıq çempionatında iştirak ediblər (FOTO)
1-2 dekabr tarixlərində Tbilisidə “Muaytay” üzrə Gürcüstan açıq çempionatı keçirilib. Tbilisidə təşkil olunan çempionatda Marneulili idmançılar da iştirak ediblər. “BARLAS” döyüş klubunun rəhbəri Faiq Məmmədovun sözlərinə görə, onun rəhbərlik etdiyi klubdan 6 idmançı yarışda iştirak edib.

“İdmançım Kamran Əhmədov 67 kq çəki dərəcəsində GFG liqasının çempionu oldu. Nicat Əlizadə isə 48 kq çəki dərəcəsində Gürcüstan çempionu adını qazandı. O, üç döyüşə çıxdı və hər birində qələbə qazandı. Digər 4 idmançım isə Gürcüstan ikincisi oldular.
  • Amil Mehdiyev - 32 kq
  • Aydın Məmmədov - 35 kq
  • Elmiz Əliyev - 38 q
  • Yaşar Çopurov - 55 kq
Marneuli idmançılar bu çempionatda böyük uğur qazandılar”.

Çempionatda Gürcüstanla yanaşı Azərbaycan, Türkiyə, İran və Ermənistan idmançıları da iştirak ediblər.

Xatırladaq ki, Tbilisi şəhərində keçirilən Muaytay üzrə açıq Tbilisi çempionatı Gürcüstan Muaytay Federasiyasının təşkilatçılığı ilə keçirilib.

Print Email
FaceBook Twitter Google