Qabal idmançıları Tbilisidə keçirlən çempionatda iştirak ediblər
Laqodexi rayonunun Qabal qəsəbəsində fəaliyyət göstərən “Sport fight Club Kabal” idman klubunun yetirmələri Tbilisidə keçirilən çempionatda iştirak ediblər. Qabaldan yarışa 4 idmançı qatılıb.

“Qabal Gənclər Cəmiyyəti”nin sədri Elvin Tağıyevin məlumatına görə, 2-3 dekabr tarixlərində keçirilən çempionatda “Sport fight Club Kabal” idman klubunun idmançıları 1-ci, 2-ci və 3-cü yeri qazanıblar.

“Gürcüstan döyüş liqası və “Savate Milli Federasıyası”nın prezidenti İnqa Damenianın rəhbərliyi ilə bu ilin 2-3 dekabr tarixlərində, paytaxt Tbilisidə “Sport fight Club Kabal” idman klubunun yetirmələri, GFL-nin Gürcüstan çempionatının peşəkar döyüşündə uğurla çıxış ediblər. GFL Gürcüstan çempionatına “Sport Fight Club Kabal” klubundan 4 idmançı qatılıb. Bunlardan Ricay Qayıbov 60 kq çəki dərəcəsində, peşəkar döyüşdə, Dedoplistskaro bələdiyyəsindən olan gürcü rəqibi İlia Xatiaşvilini 3-cü raundda məğlub edərək 1-ci yeri qazanıb. Daha sonra kiçik çəkilər üzrə Məhəmməd Durmuşov və İsə Axundov 1 ci yeri qazanıb. Rauf Əliyev isə 3 yerdə qərarlaşıb”.

Çempionatda Gürcüstanla yanaşı Azərbaycan, Türkiyə, İran və Ermənistan idmançıları da iştirak ediblər.

Xatırladaq ki, Tbilisi şəhərində keçirilən Muaytay üzrə açıq Tbilisi çempionatı Gürcüstan Muaytay Federasiyasının təşkilatçılığı ilə keçirilib.


Print Email
FaceBook Twitter Google