Marneulili idmançı Türkiyədə keçiriləcək peşəkar yarışda iştirak edəcək
Marneulili idmançı Ramil Mehdiyev 23 dekabr tarixində Türkiyənin Samsun şəhərində keçiriləcək peşəkar yarışda iştirak edəcək. Marneulini dəfələrlə yerli və beynəlxalq yarışlarda təmsil edən Mehdiyev 72 kq çəki dərəcəsində Gürcüstanı təmsil edəcək. O, ümid edir ki, həmin yarışdan vətənə qələbə ilə qayıdacaq.

“Cezair Fight Arena”da baş tutacaq yarışda Ramil Mehdiyevin rəqibi Məhəmməd Hüseyn Əlizadə olacaq.

Qeyd edək ki, Ramil Mehdiyev bu günə qədər 34 peşəkar döyüşdə iştirak edib. O, keçirdiyi peşəkar döyüşülərin 28-də qələbə qazanıb. Həmin döyüşlərin 20-ni nokautla başa vurub. 6-ı döyüşdə isə məğlub olub.

Xatırladaq ki, 29 aprel tarixində Türkiyənin Antalya şəhərində keçirilən peşəkar yarışda Ramil Mehdiyev öz rəqibinə nokautla qalib gəlmişdi.

Print Email
FaceBook Twitter Google