Tbilisidə keçirilən “Avrasiya Peşəkar Sanda Liqası”nda Marneulili idmançı da iştirak edib
16 dekabr tarixində Tbilisidə “Avrasiya Peşəkar Sanda Liqası” keçirilib. Yarışda Gürcüstan və əcnəbi döyüşçülər üz-üzə gəliblər. Marneulidə fəaliyyət göstərən “BARLAS” döyüş klubunun idmançısı da yarışa qoşulub. Döyüş klubunun rəhbəri Faiq Məmmədovun sözlərinə görə, onun rəhbərlik etdiyi klubdan Aytun Əsgərov yarışda iştirak edib.

“Gürcüstan və Zaqafqaziyada ilk dəfə olaraq “Avrasiya Peşəkar Sanda Liqası” keçirildi. Həmin yarışda mənim idmançım, 60 kq çəki dərəcəsində döyüşən Aytun Əsgərov çempion oldu”, – Faiq Məmmədov dedi.

Yarış çərçivəsində 10 döyüş keçirilib.

Turnirdə Gürcüstanla yanaşı Azərbaycan və Ermənistanın idmançıları da iştirak ediblər.

Print Email
FaceBook Twitter Google