Marneulili oxçu qızlar turnirdə uğurla çıxış ediblər
22-26 dekabr tarixlərində Xelvaçauri bələdiyyəsində oxçuluq üzrə Xatuna Narimanidze və Asmat Diasamidze adına beynəlxalq turnir keçirilib. Turnirdə Marneulili idmançılar da iştirak ediblər. Bu barədə Marneuli İdman Məktəbi məlumat yayıb. Məlumata görə, turnirdə Marneulili oxçu qızları uğurla mübarizə aparıblar.

"Turnirdə birinci yerə Salome Xarşiladze çıxıb. Onun şəxsi məşqçisi Qiorqi Qordezianidir. Tata Naveriani üçüncü yerin sahibi olub. Onun şəxsi məşqçisi Eka Abaişvilidir. Komanda çempionatında isə birinci yeri Salome Xarşiladze və Miranda Saqinadze qazanıb. Şəxsi məşqçiləri Qiorqi Qordezianidir. Turnirdə yeni nəslin oxçu qızları Tika Şavadze və Elene Kaldani də uğurla çıxış ediblər. Cütlüklər arasında onlar ikinci yeri qazanıblar", – məlumatda deyilir.

Turnirdə Acarıstan, Marneuli, Ermənistan, Azərbaycan, Qazaxıstan və Özbəkistandan oxçular və para-oxçular iştirak ediblər.

Print Email
FaceBook Twitter Google