Milli Bank- Gürcüstanda vaxtı keçən krditlərin göstəricisi aşağıdır
Milli Bankın məlumatına görə Gürcüstanda 90 və daha artıq gün vaxtı ötən kreditlərin hissəsi ümumi kredit portfelinin 2.71 faizini təşkil edir. Bu analiz edilən ölkələr arasında ən yaxşı göstəricilərdən biridir. Bu haqda bankın illik hsabatında deyilir. Sənəddə cədvəl verilib və orada görsənir ki, vaxtı ötən kreditlərin ən aşağı göstəricisi Estoniya və Çexiyada qeydə alınıb. Başqa ölkələrdə isə qeydə alınan göstəricilər yüksəkdir.

Məsələn, Ermənistanda vaxtı ötən kreditlərin hissəsi 6,3 faizi təşkil edir, Rusiyada-10.7 faiz, Ukraynada isə - 54,3 faizdir.

Belə ki, beynəlxalq məzənnə fondunun göstəricilərinə əsasən də Qafqaz və Mərkəzi Asiyada problemli və ümidsiz krditlərin ən aşağı göstəricisi Gürcüstandadır.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər