Gürcüstanın Azərbaycanla ticarət həcmi azalıb
Bu ilin yanvar-iyul aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 508,5 milyon ABŞ dollarına bərabər olub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Azərbaycanın Gürcüstanın ümumi ticarət dövriyyəsindəki payı 8,4% təşkil edib.

Hesabat dövründə Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın dördüncü əsas ticarət tərəfdaşı olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 15,3% azalıb.

Yanvar-iyulda Gürcüstanın Azərbaycandan idxalında 16,9%, Azərbaycana ixracında isə 15,3% azalma qeydə alınıb.

Mənbə: NewsBureau
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər