"Bloomberg"-də lari yenə ucuzlaşıb, Gürcüstanın Milli Bankı 40 milyon dollar satacağı ilə bağlı anons verib
Milli Bank sabah, 23 sentyabr tarixində valyuta hərracında yenə də 40 milyon ABŞ dolları satacaq. Ölkənin mərkəzi bankı sentyabrda hərracda iki dəfəyə ümumilikdə 80 mln ABŞ dolları satıb.

Müdaxilələlərə baxmayaraq Gürcüstanın milli valyutası ABŞ dolları ilə müqayisədə ucuzlaşmağa davam edir. Saat 14:37-yə olan məlumata görə, "Bloomberg"-in ticarət sistemində bir ABŞ dollarının qiyməti 3,24 laridir. Ölkənin kommersiya bankları dolları daha baha satırlar.

TBC bankda bir ABŞ dollarının dəyəri 3,26 lari, bir avro isə 3,84 laridir. Gürcüstan bankında bir ABŞ dollarının dəyəri 3,29, 1 avro isə 3,88 laridir. Milli Bank sabahkı hərrac da daxil olmaqla, cari ildə 400 mln ABŞ dollarından artıq satıb.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər